Bütün klublarımız Qəbələ hazırlığını tamamlayıb qayıtdılar

Qəbələyə təlim-məşq toplanışına yollanan Azərbaycan Premyer Liqa təmsilçiləri hazırlıqlarını başa çatıb.

Qol.az xəbər verir ki, “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə” “Sabah”, “Səbail” Bakıya, “Sumqayıt” isə Sumqayıta qayıdıb.

Təkcə “Qəbələ” hazırda eyniadlı şəhərdə hazırlıqlarını davam etdirir.

Qeyd edək ki, Bakı və Sumqayıtda sərt karantin rejimi səbəbindən klublar Qəbələyə təlim-məşq toplanışına yollanmışdı.

Nazirlər Kabineti yanında Operativ Qərargahın mümkün icazə qərarından sonra avrokubok təmsilçilərimiz də daxil olmaqla klubların hazırlarını öz meydanlarında keçirəcəyi gözlənilir.

Share: