Bu gün “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun ərazisində yanğın hadisəsi baş verib.
Millətin Səsi.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Report-a hadisənin istehsalat prosesi zamanı baş vermədiyini bildirib.
“Hazırda burada planlaşdırılmış illik texniki baxış işləri ilə əlaqədar istehsalat dayandırılıb. Zavodun modernizasiya və yenidənqurma işlərinin isə son mərhələsi həyata keçirilir. Modernizasiya və yenidənqurma işlərini həyata keçirən podratçı şirkətlərin işləri zamanı qısa alışma baş verib və tez bir zamanda söndürülüb”,- o qeyd edib.
Onun sözlərinə görə, hadisə zamanı bir neçə əməkdaş xəsarət olub:
“Onların vəziyyəti orta ağırdır və xəstəxanaya aparılıb”.