“Bu ilk addımı atmaq istəyirdik. Komanda görüş ərzində eyni həvəslə oynadı. Yaxşı oyun nümayiş etdirdik və qələbəni haqq etdik. Asan oyun olmadı. “Napoli” çox yaxşı müdafiə olunan komandadır. İtaliyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Üstünlük əldə etdik və onu qorumalı idi. Biz də müdafiədə yaxşı işlər gördük”.
Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Kike Setyen Çempionlar Liqasının 1/8 finalında “Napoli”yə 3:1 hesabı ilə qalib gəldikləri cavab matçından sonra deyib.
61 yaşlı mütəxəssis Lionel Messinin komandaya 3-cü qolu gətirən penalti öncəsi yaşadığı zədə ilə bağlı fikirlərini bildirib: “Onu yaxşı gördüm. Çox sərt bir zərbə aldı. Ancaq bir problem olduğunu düşünmürəm”.
Setyen ÇL-də 1/4 finalda qarşılaşacaqları “Bavariya” haqda da danışıb: “Qalan rəqiblərin hamısı güclüdür, qarşılaşmalar çətin olacaq. “Bavariya” əla komandadır, amma biz də güclüyük”.