Ermənilər yenidən öz tarixləri ilə bağlı “fantastik fərziyyə” irəli sürüblər.
Milletinsesi.az xəbər verir ki, budəfəki fərziyyənin müəllifi erməni alim Avetis Aratyunyan olub. Aratyunyana görə, erməni əraziləri Türkiyə, Rusiyanın bir hissəsi, İran, Gürcüstan və Azərbaycanı əhatə edib.
“Tarixçi” bu əraziləri “erməni dağlığı” adlandırıb:
“Bu dağlıq erməni xalqının formalaşdığı tarixi bölgə olub. Buraya Türkiyənin bir hissəsi, İranın şimal-qərbi, Gürcüstanın cənubu, Azərbaycanın qərb hissəsi aiddir. “Erməni dağlığı” Rusiya Federasiyasının müasir ərazisinin müəyyən hissəsini də əhatə edir. Bu dağlığın ərazisi 400.000 kvadrat kilometrdir”.