İri ticarət mərkəzləri tezliklə açılacaqmı?

İri ticarət müəssisələrinin açılması ilə bağlı yekun qərar yoxdur.

Milletinsesi.az  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Yumşalmalar mərhələli şəkildə müzakirə olunur. Rayonlara gediş-gəliş və iri ticarət mərkəzlərinin açılması müzakirə olunur. Bu barədə yaxın vaxtlarda qərar qəbul ediləcəkdir”, – o bildirib.

Share: