Türkiyə Lozannadakı hüquqlarını tələb edəcək

Yunanıstan hərəkətlərinə fikir verməsə, Türkiyə Lozannada qəsb olunan hüquqlarını geri tələb edəcək.

Axar.az xəbər verir ki, bunu türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik Ərsan Ərgün deyib.

“İkinci Dünya müharibəsi zamanı italyanlar adalardan çəkilməyə qərar verdi və Türkiyəyə bildirdi ki, adalarınıza sahib çıxın. Buna baxmayaraq, Türkiyə adaları geri almadı. O dövrdə bəlkə də diplomatik və hərbi cəhətdən zəif olan Türkiyə bunu gözə almayıb. Ancaq indi Asiya, Afrika və Avropada gücünə güc qatan Türkiyə artıq bölgədə söz sahibi ölkəyə çevrilib. Türkiyə dünya dəniz ticarətinə nəzarət etmək istəyən qüvvələrə bu dəfə imkan verməyəcək kimi görünür. Yunanıstan hərəkətlərinə fikir verməsə, Türkiyə Lozannada qəsb olunan hüquqlarını geri tələb edəcək. Bura təkcə adalar deyil, həm də Yaxın Şərqin digər bölgələrindəki hüquqlarımız da daxil olacaq. Bir sözlə, Lozanna müqaviləsi məhv olacaq”, – ekpert bildirib.

Share: