Avqustun 21-i axşamdan avqustun 24-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 18-23 m/s, 25-30 m/s, 22-si axşam, 23-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10 dərəcə aşağı enəcək.
Avqustun 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq avqustun 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s, 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.