İlham Əliyevə açıq şikayət məktubu

“Qərbi Azərbaycan Ocağı” Ictimai Birliyini Ədliyyə Nazirliyi  ictimai fəallıqları olmasına baxmayaraq süründürərək qeydiyyata almaqdan imtina edir. Ictimai Birlik bununla  bağlı ölkə başçısı Ilham Əliyevə açıq şikayət məktubu ünvanlayıb .

Millətin Səsi.az həmin məktubun tam mətnini olduğu kimi təqdim edir:

“Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevə
Açıq məktub

Surəti: Azərbaycan Respublikası Ədliyyə Naziri
Cənab Fikrət Məmmədova

Cənab Prezident!
Cənab Nazir!
Sizə bildiririk ki, 2008-ci ildən Qərbi Azərbaycan Departamentinin bir bölməsi olaraq, “Qərbi Azərbaycan Ocağı” İctimai Birliyi kimi fəaliyyət göstərmiş, 2013-cü ildə isə təsis etdiyimiz “Qərbi Azərbaycana Dönüş” İctimai Birliyi adı ilə fəaliyyətini davam etdirmişdir. Xüsusi ofisi Bakı şəhəri, Tbilisi prospekti ev 76, 3-cü mərtəbədə yerləşir.
Siz demək olar ki, əksər çıxışlarınızda haqlı olaraq indi “Ermənistan” adlanan dövlətin bütün ərazisinin İrəvan xanlığı torpaqları, Zəngəzur, Göyçə və s. mahallarının Azərbaycan torpaqları olduğunu dəfələrlə bildirmiş, “Qərbi Azərbaycan torpaqlarına qayıtmaq bizim strateji hədəfimizdir”- fikrini ifadə etmisiniz.
Biz, “Qərbi Azərbaycana Dönüş” İctimai Birliyinin yüzlərlə üzvləri Sizin bütün daxili və xarici siyasətinizi bəyəndiyimiz kimi, bu strateji hədəfin də həyata keçirilməsini dəstəkləyirik.
Əsas məqsədimiz Qarabağ və Qərbi Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsində Sizin siyasətinizə dəstək olmaqdır.
Bundan əlavə, Qərbi Azərbaycandan terror, güc tətbiq etmək yolu ilə dədə-baba yurdlarından deportasiya edilmiş insanların hüquqlarını qorumaq, Qərbi Azərbaycanlıların tarixi torpaqlarında qalan mülklərinə görə kompensasiya ödənilməsi üçün beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırmaq, əzəli torpaqlardan qovulmuş qaçqınların yurd yerinə dönməsi üçün səmərəli işlər görmək əsas məqsədimizdir. Qərbi Azərbaycan haqqında tarixi və elmi araşdırmalar həyata keçirmək, gənclərin Qərbi Azərbaycanın tarixi, toponimləri, tarixi yer adları, mədəniyyət abidələri, adət-ənənələri ilə bağlı biliklərin artırılmasına kömək etmək istiqamətində müxtəlif tədbirlərin keçirilməsi əsas vəzifəmiz olacaqdır.
Cənab Prezident!
Cənab Nazir!
“Qərbi Azərbaycana Dönüş” İctimai Birliyinin daha geniş və səmərəli fəaliyyət göstərməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsi Rəhbərliyi tərəfindən tərtib edilmiş yeni sənədlərlə 2019-cu ilin Aprel ayında Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyninin 100/2/257 nömrəli 12.09.2018-ci il tarixli dəstək məktubu, sonralar Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlının və Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri millət vəkili Əziz Ələkbərlinin dəstəyi ilə bu İctimai Birliyin Ədliyyə Nazirliyində qeydiyyata alınması üçün həmin nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsinə 10-cu dəfə yeni müraciət təqdim etdik. Aradan 1 ildən çox keçməsinə baxmayaraq bizə bu İctimai Birliyin qeydiyyata alınıb-alınmaması haqqında heç bir məlumat verilmir. Əslində, 40 gün müddətində İctimai Birliyin rəhbərliyinə məlumat verilməli idi.

Cənab Prezident!
Cənab Nazir!
Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsində, icra məmurları tərəfindən süründürməçilik, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və özbaşınalıq baş alıb gedir. İdarənin rəisi İ.Məmmədov heç kəsi hesaba almır. Dəfələrlə onunla görüşmək, qəbulunda olmaq istəsək də cəhdlərimiz baş tutmamışdır. Belə çıxır ki, o, Sizi – ölkə Prezidentini və Baş Naziri də hesaba almır. Axı biz Sizin ideyalarınızı həyata keçirmək üçün çalışırıq.
Bu müddət ərzində, 1 ildən çoxdur ki, “Qərbi Azərbaycana Dönüş” İctimai Birliyinin qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının bütün əlaqədar qurumlarına dəfələrlə müraciət etmişik. Həmin qurumlardan aldığımız cavablar pozitiv xarakter daşısa da, araşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilmişdir. Şifahi olaraq bildirilir ki, Prezident Administrasiyasından göstəriş olmalıdır. Kimdir bu göstərişi verən? Halbuki, Siz 10 il bundan qabaq bu məsələ ilə bağlı öz göstərişinizi vermisiniz.

Cənab Prezident!
Cənab Nazir!
“Qərbi Azərbaycana Dönüş” İctimai Birliyinin Ədliyyə Nazirliyində qeydiyyata alınması üçün “Qeydiyyat və Notariat Baş İdarəsi”nə 9 dəfə müraciət etmiş, lakin heç bir əsaslı səbəb göstərilmədən qeydiyyata imtina cavabı almışıq. Bu imtina məktublarının tarixlərini Sizə təqdim edirik.
1. 08.07.2013 № 11/1161
2. 06.02.2014 № 11/251
3. 15.05.2014 № 11/1126
4. 06.08.2014 № 11/2484
5. 22.09.2014 № 11/3114
6. 15.12.2014 № 11/4318
7. 21.07.2015 № 11-2-186-13
8. 22.10.2018 № 05/3606-13
9. 13.12.2018 № 05/3606.5-13

Cənab Prezident!

Qərbi Azərbaycana Dönüş” İctimai Birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı əlaqədar qurumıara dəfələrlə müraciət etmişik. Məsələni həlli ilə bağlı pozitiv cavab almışıq. Lakin bu İctimai Birlik hələ də qeydiyyata alınmamışdır.

Müraciət etdiyimiz əlaqədar qurumlar:
1. Prezident Aparatı Administrasiyası – 3 dəfə
2. Baş Nazir – A. Rəsizadə – 1 dəfə
3. Baş Nazir – N. Məmmədov – 1 dəfə
4. Baş Nazir – Ə.Əsədov – 1 dəfə
5. Milli Məclisin spikeri – O.Əsədov – 1 dəfə
6. YAP icraçı katibi – Ə.Əhmədov -1 dəfə
7. Prezident köməkçisi – Ə.Həsənov – 3 dəfə
8. Notariat və Qeydiyyat Baş İdarəsinin rəisi – İ. Məmmədov – 10 dəfə

9. AR Prezident Administrasiyasının Vətəndaşların müraciəti ilə İş Şöbəsinin müdiri – S.İsmayılov – 1 dəfə
10. AR Prezident Administrasiyasının siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqədar şöbəsinin müdiri – Ə. Vəliyev – 1 dəfə və s.

Sizdən xahiş edirik ki, bu məsələnin ciddi araşdırılması və “Qərbi Azərbaycana Dönüş” İctimai Birliyinin dövlət qeydiyyatına alınması barədə müvafiq qurumlara göstəriş verəsiniz.
Biz Sizə inanırıq!

DAK “Qərbi Azərbaycana Dönüş”
İctimai Birliyinin İdarə Heyətinin üzvləri:
1. Sədr: Mehdiyev Səməndər
2. Müavin: Abdullayev Rauf
3. Müavin: Bədəlov Bəhram
4. Üzv: Şəkərov Asif
5. Üzv: Quliyeva Şəfəq
6. Üzv: Əsədli Rumiyyə
7. Üzv: Soltanova Gülgəz
8. Üzv: Canıyev Azər
9. Üzv: İsmayılbəyli Arif
10. Üzv: Nəsibli Peyman
11. Üzv: Qurbanov Yaşar

Əlaqə telefonları
1. mob tel: 055 616 66 18
2. mob tel: 050 242 35 83
3. mob tel: 055 778 86 71
4. mob tel: 055 200 62 36
5. mob tel: 050 335 04 49
6. mob tel: 070 219 83 89”

Share: