“Yumşaldılma artıq başlanılıb. Dövlət başçısı tərəfindən buna qərar verilib. Bu da düzgün qərardır. Uzun müddət insanları karantində saxlamaq olmaz. Bu, həm psixoloji cəhətdən böyük təsir edir, həm əməkhaqqına, həm də dövlət büdcəsinə müəyyən təsir edir”.
Bu fikirləri qazet.az-a açıqlamasında Millət vəkili Vahid Əhmədov səsləndirib.
Millət vəkili qeyd edib ki, yumşaldılma davam etməli və regionlara gediş-gəliş də bərpa edilməlidir.
“Yumşaldılmanı daha da genişləndirmək lazımdır. Yavaş-yavaş karantini aradan qaldırmaq lazımdır. Rayonlara gediş-gəlişi də bərpa etmək lazımdır. İnsanlar da qarşılarına qoyulan vəzifələrə diqqət yetirməlidir. Dövlət tərəfindən hansı tədbirlər həyata keçirilirsə, insanlar ona əməl etməlidir. Məsafə saxlamaq, maskadan isitfadə və s. Dövlət başçısı da yumşaldılmanın tərəfdarı oldu. İnsanlar gedib işləməlidirlər. Əməkhaqqı almalıdırlar. Ailələrini saxlamalıdırlar. Ona görə də deyirik ki, karantin yumşaldılsın”, – Vahid Əhmədov qeyd edib.