Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi – Yenilənib

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy məclisi təşkil etməsi ölkə gündəmində ciddi rezonansa səbəb olub.

Milletinsesi.az “Qafqazinfo”-a istinadən  xəbər verir ki, toyun  görüntüləri mediada yayımlandıqdan sonra sosial şəbəkədə və ictimaiyyətdə haqlı olaraq karantin rejimini pozanların cəzalandırılması məsələsi müzakirə olunub.

Hazırda toy sahibləri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev barəsindəki protokola baxılması üçün iş məhkəməyə göndərilib. Onlar barəsində qanuna müvafiq olaraq ölçü götürüləcək.

 

Proses bir neçə dəqiqə sonra Abşeron Rayon Məhkəməsində başlayacaq.

 

İ. Əliyev və R. Mustafayev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə ittiham olunur. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Murad Əhməd

Share: