Ukraynanın keçmiş baş naziri, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko koronavirusa yoluxub.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, Y.Timoşenko ilə bərabər ailə üzvləri də infeksiyaya məruz qalıblar.
Belə ki, keçmiş baş nazirdən başqa onun qızı Yevgeniya Timoeşnko və kürəkəni Artur Çeçetkinin xəstələndiyi məlum olub.
Ukraynalı siyasətçinin nə vaxt və hansı şəraitdə COVİD-19-a tutulduğu bəlli deyil. Bundan başqa hazırda onun vəziyyəti, müalicənin necə getdiyi barədə də məlumat verilmir.
Qeyd etmək lazımdır ki, bu günlərdə iqtidaryönümlü “Xalqın xidmətçisi” partiyasının iki deputatı Maksim Perebiynos və Ruslan Qorbenkonun da koronavirus xəstəsi olduğu xəbər edilib.
Musavat.com