Araik Harutyunyan çox sayda ermənini yerləşdirməyə hazır olduqlarını bəyan edib
Ermənistan mediasınpn yaydığı xəbərə görə, Livanın erməni icmasına yardımın əlaqələndirilməsi üzrə işçi qrupunun separatçıların başçısı Araik Harutyunyan ilə görüşü zamanı bildirilib ki, artıq Livan ermənilərinin ilk dəstəsi Dağlıq Qarabağ köçürülüb.
Görüşdə Beyrutda baş verən partlayışdan sonra Livandakı erməni icmasına yardım göstərilməsindən də bəhs edilib. İşçi qrupun rəhbəri Rudik Hyusnunts bildirib ki, Livandan Dağlıq Qarabağa gələn ilk ailələrin yaşayışı üçün hər cür şərait yaradılıb.
Separatçıların başçısı Araik Harutyunyan isə Dağlıq Qarabağa köçmək istəyən çox sayda ermənini yerləşdirməyə, mənzil, iş və digər sosial təminatları həll etməyə və təmin etməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırda işğal altında olan Dağlıq Qarabağda ermənilərin yaşaması da onların qonşu ölkələrdən Azərbaycan ərazisinə köçürülməsi ilə başlanıb. Livandan ermənilərin ilk ailələrin gəldiyi barədə xəbərlərə gəlincə, əslində bu proses çoxdan gedir. İşğalçılar ətraf rayonlarda beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq qeyri-qanuni məskunlaşma apardıqları üçün bunu açıq bəyan etmirlər. İndi Beyrutda baş verən partalyış onlar üçün bir bəhanə oldu.
Aztoday