Rusiyada azərbaycanlı bəy öz toy mərasimindən qaçdı

Rusiyanın Sankt-Peterburq şəhər sakini toy mərasimindən sonra qaçan ərini tapmaq üçün polisə müraciət edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qəribə hadisə 51 yaşlı gəlinin başına gəlib.

Belə ki, bəy toy mərasimindən sonra pasportunun evdə qaldığını bəhanə edib və maşına minərək oradan qaçıb.

Bundan sonra ondan xəbər çıxmayıb.

Sankt-Peterburq sakini hüquq-mühafizə orqanlarına onu boşanmaq üçün tapmaq istədiyini bildirib.

Qeyd edilir ki, cütlük toydan iki ay əvvəl tanış oublar. Toy günü qadın azərbaycanlı nişanlısına notariusa gedərək, nikah kəsdirməyi təklif edib. Bundan sonra kişi əsəbi olub və danışmayıb.

Həmin şəxsin Rusiyada qalmaq icazəsinin olmadığı da bildirilir.

Share: