Yarım ilə koronavirusu məğlub edəcəyik – Sobyanin

Koronavirus pandemiyasının yayılması ilə bağlı vəziyyət altı ay ərzində tam həll oluna bilər.

Milletinsesi.az  xəbər verir ki, bu sözləri Moskva meri Serqey Sobyanin deyib.

“Əminəm ki, bir neçə aya, bəlkə də ən çox 6 ay ərzində koronavirusa qalib gələcəyik. Rusiya və dünya alimləri bunun üzərində işləyirlər. Effektiv peyvənd yaradılır, keyfiyyətli dərmanlar, tibbi texnologiya – bunların hamısı eyni zamanda inkişaf edir. Koronavirusa qarşı artıq ilk rus vaksini hazırlandı və qeydiyyata alındı. Düşünürəm ki, tezliklə bunun digər versiyası da yaradılacaq”, – Sobyanin bildirib.

Share: