Pandemiya dövründə məktəbə hazırlaşan uşaqlar üçün tövsiyələr

Hər şeydən əvvəl valideynlər övladlarına koronavirusun zərərləri və profilaktik tədbirləri aydın şəkildə başa salmalıdırlar.

Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi uşaqları yeni tədris ilinə hazırlamaq və məktəbdə koronavirus infeksiyasının qarşısını almaq üçün tədbirlər barədə tövsiyələrində bildirib.

Nazirlik uşaqlara müdafiə tədbirlərini başa salmaq üçün valideynlərin özlərinin nümunə olmalarının vacibliyini vurğulayıb:

“Onlar özləri maska və əlcək geyməli, əlləri yaxşıca yumalı, fiziki təmasları və izdihamlı yerləri gəzməyi minimuma endirməli, sosial məsafəni qorumalıdırlar”.

Qeyd olunub ki, uşağın şəxsi gigiyena tədbirlərinə riayət etməsinə – əllərini yumasına və antiseptiklərdən istifadəsinə də nəzarət edilməlidir.

Həmçinin hansı hallarda həkimə müraciət etmələrini anlamaları üçün valideynlər koronavirus infeksiyasının əlamətlərindən xəbərdar olmalıdırlar.

“Tədris ilinin başlaması ilə birlikdə göz xəstəlikləri, sümük-əzələ və birləşdirici toxuma xəstəlikləri, öyrənmə prosesi ilə əlaqəli endokrin sistemdə problemlər yaranır. Buna görə məşqlər, gözləri gimnastika etdirmək, elektron cihazların istifadəsini azaltmaq, “fast-food”, yarı bişmiş məhsullar və şirniyyatların miqdarını minimuma endirmək, düzgün bəslənmə qaydalarına nəzarət etmək lazımdır”, – deyə qurumdan bildirilib.

Share: