ÇL-də 3-cü mərhələnin cütlükləri

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, ölkəsinin çempionu olan 10 komanda 5 cüt təşkil edib. Bunlar arasında Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam klubu bu mərhələdə “Molde” (Norveç) ilə qarşılaşacaq.

Liqa yolunda isə 3 cüt müəyyənləşib.

Qeyd edək ki, sentyabrın 1-də pley-offun püşkü atılacaq.

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

Çempionlar yolu

“Ferensvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya)

“Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç)

“Omoniya” (Kipr) – “Srvena Zvezda” (Serbiya)

“Midtülland” (Danimarka) – “Yanq Boyz” (İsveçrə)

“Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Belarus)


Liqa yolu


PAOK (Yunanıstan) – “Benfika” (Portuqaliya)

“Dinamo” (Ukrayna) – “Alkmaar” (Niderland)

“Gent” (Belçika) – “Rapid” (Avstriya)

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da keçiriləcək.

Share: