Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.
Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili açıqlayıb.
Xatırladaq ki, bir müddət öncə Gürcüstan parlamenti ölkə konstitusiyasına düzəlişləri qəbul edib. Düzəlişlərə əsasən parlament üzvlərindən 120-si proporsional sistemə, 30-u isə majoritar sistemə görə seçiləcək.