Nəm salfetin körpələrə ağlagəlməz ZİYANI: Allergiyadan xərçəngə qədər…

Nəm salfetlər körpəyə baxımın ayrılmaz bir hissəsidir. Demək olar ki, gənc anaların hamısı körpəni təmizləmək üçün bu vasitədən  salfetlərdən istifadə edir. Lakin son illərdə aparılan araşdırmalar göstərir ki, nəm salfetlər körpə dərisi üçün zərərlidir.

Apardığımız sorğu zamanı da  məlum oldu ki, gənc analar  nəm salfetlərdən istifadə etsələr də, onun gigiyenik tərəfinə o qədər də əhəmiyyət vermirlər. Halbuki, ən yüngül halda ağır dəri allergiyası yarada bilən bu salfetlərin tərkibində olan kimyəvi maddələr xərçəngə qədər apara bilər.

Mütəxəssislər isə hesab edir ki, körpələrin dəri bişməcəsindən əziyyət çəkməsinin ilkin səbəbi də elə bu nəm salfetlərdir. Hətta valideynin bu salfetlərlə əllərini silib körpəsinə toxunması belə körpə sağlamlığı üçün təhlükəlidir.

Bu barədə “Sherg.az”a  açıqlama verən pediatr Elşən Tağıyevin sözlərinə görə, nəm salfetlərin tərkibindəki kimyəvi maddələr (spirt, fenoksietanol və s.) dərini qurudur, qıcıqlandırır, bakteriyal və göbələk infeksiyası riskini artırır: “Sübut olunub ki, bu vasitədən istifadə həm də dəri allergiyası riskini əhəmiyyətli dərəcədə yüksəldir. Ona görə də çalışın nəm salfetlardan istifadə etməyin .Əgər hər hansı bir səbəbdən nəm salfetdən istifadə etmək məcburiyyətində qalmızsınızsa, ilk fürsətcədə körpəni su ilə yuyun”.

Share: