Ermənistanda koronavrusa yoluxanların sayı 44 minə çatır

Ermənistanda koronavrusa yoluxanların sayı 44 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı daha da artaraq 44 minə yaxınlaşır. Son 24 saat ərzində ölkədə daha 97 nəfərdə COVID-19 virusu aşkarlanıb.

Bununlada Ermənistanda koronavirusa yoluxanların sayı 43 min 878 nəfərə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Pandemiya qurbanlarının sayı 881-ə, digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı isə 268-ə çatıb.

Hazırda Ermənistanda 4 min 373 aktiv COVID-19 xəstəsi var.

Share: