Səudiyyə Ərəbistanı ordusunun yüksək rütbəli şəxsləri vəzifədən azad ediliblər

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud ordunun yüksək rütbəli şəxslərinin vəzifələrindən azad edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə Kral sarayına istinadla rəsmi SPA agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, korrupsiyada ittiham edilərək vəzifəsindən azad olunanlar arasında Silahlı Qüvvələrin Baş Qərargah rəisi Fəhd bin Turki Bin Əbdüləziz də var. Ona qarşı vəzifəsindən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb. Krallığın Korrupsiya ilə Mübarizə İdarəsi Müdafiə Nazirliyinin təqdimatı əsasında cinayət işi açıb. Bildirilir ki, ordunun rəhbərliyindəki daha dörd yüksək rütbəli şəxs barəsində də cinayət işi başlanılıb.

Share: