Çempionlar Liqasında pley-offun püşkü atıldı

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində 6 cüt müəyyənləşib.

Bunlardan dördü Çempionlar, ikisi Liqa yolunun cütləridir. Azərbaycan çempionu “Qarabağ”ın Norveç “Molde”si ilə təşkil etdiyi cütün potensial rəqibi də bəlli olub. Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da “Dinamo” (Zaqreb, Xorvatiya – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsi bir yox, iki matçdan ibarət olacaq. İlk görüşlər sentyabrın 22-23-də, cavab qarşılaşmaları isə sentyabrın 29-30-da oynanılacaq.


Çempionlar Liqası

Pley-off

Çempionlar yolu

“Slaviya” (Çexiya) – “Midtülland” (Danimarka)/“Yanq Boyz” (İsveçrə) cütünün qalibi

“Makkabi” (Təl-Əviv, İsrail)/“Dinamo” (Belarus) cütünün qalibi – “Zalsburq” (Avstriya)

“Olimpiakos” (Yunanıstan) – “Omoniya” (Kipr)/“Srvena Zvezda” (Serbiya) cütünün qalibi

“Qarabağ” (Azərbaycan)/“Molde” (Norveç) cütünün qalibi – “Ferensvaroş” (Macarıstan)/“Dinamo” (Xorvatiya) cütünün qalibi


Liqa yolu

“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)/“Benfika” (Portuqaliya) cütünün qalibi

“Gent” (Belçika)/“Rapid” (Avstriya) cütünün qalibi – “Dinamo” (Ukrayna)/“Alkmaar” (Niderland) cütünün qalibi

Share: