Yaponiyada baş nazir seçkilərinin tarixi açıqlandı

Yaponiya parlanmentində yeni baş nazir seçkiləri üçün səsvermə sentyabrın 16-da keçiriləcək.

“Kyodo” xəbər verir ki, ayın 14-də iqtidardakı Liberal Demokrat Partiyasının yeni sədri seçilməlidir. Bu seçki parlamentin hər iki palatasında LDP-li millət vəkillərinin birgə iştirakı ilə Tokio hotellərinin birində keçiriləcək iclasda baş tutacaq.

Səhhətinə görə bu yaxınlarda istefa vermiş əvvəlki baş nazir Şinzo Abenin uzun müddət ərzində sağ əli olan, son 8 il Nazirlər Kabineti katibliyinin rəhbəri vəzifəsində çalışan 71 yaşlı Yoşihide Suqanın həmin iclasda səslərin 70 faizini qazanacağı güman edilir.

Bundan əlavə, keçmiş Xarici İşlər naziri Fumio Kişida və keçmiş Müdafiə naziri Şigeru İşiba da namizədliklərini irəli sürüblər.

Yeni LDP sədri parlamentin növbədənkənar iclasında ölkənin yeni Baş Naziri elan ediləcək./Report

Share: