Türkiyənin Muş vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 01:08-də qeydə alınıb. Zəlzələnin episentri Qorqud rayonunda, ocağı isə 11,37 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.