Bakıda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 26-da rayon ərazisindəki mağazaların birindən 4200 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əzizov saxlanılıb.
Araşdırma aparılır.