Rusiyada koronavirusa yoluxanların sayı artır.
Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 4 995 nəfər virusa yoluxub, 114 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 1 009 995 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 528 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 826 935 nəfər virusdan sağalıb, 165 532 nəfərin müalicəsi isə davam edir.