Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı siyasi partiyaların qeydiyyatı başa çatıb. Seçkilərdə 66 siyasi partiya iştirak edəcək.
Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Bildirilir ki, seçkilərdə iştirak üçün MSK-ya 78 siyasi partiya müraciət edib. Onlardan 12-nin müraciətinə mənfi cavab verilib.
Qeyd edək ki, bu ilki seçkilər yeni sistem üzrə keçiriləcək.
Gürcüstan Seçki Məcəlləsinə edilmiş düzəlişlərə əsasən, parlamentin 150 deputatından 30-u majoritar, qalan 120-si isə proporsional sistem üzrə seçiləcək.
Əvvəlki qaydada isə 77 deputat proporsional, 73 deputat isə majoritar qayda ilə seçilirdi.
Siyasi partiyalar üçün əvvəlki qanunda nəzərdə tutulmuş 5 faizlik baryer isə 1 faizə endirilib.