Xərçəngin riskini ən azı 30% azaldan QİDALAR

Xərçəngdən tam qoruyan məhsullar olmasa da bəzi qida məhsulları bu təhlükəli xəstəliyin riskini azalda bilir. Mütəxəssislər sübut edirlər ki, bu qidaların istehlakı immun sisteminin fəaliyyətinə müsbət təsir edir ki, bu da bədxassəli xəstəliklərin riskini ən azı 30% azaldır.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, ABŞ-ın Kornell və Arizona Universitetlərinin alimləri immuniteti gücləndirməklə onkoloji xəstəliklərin riskini azaldan məhsulların siyahısını tərtib ediblər.

Bu məhsullar arasında sarımsaq da yer alıb. Sarımsaq kükürdün sayəsində immun sistemini gücləndirir. Araşdırmalar göstərir ki, sarımsağın müntəzəm istehlakı mədə xərçənginin riskini ən azı 15% azaldır.

Digər məhsul braziliya qozudur. Bu çərəz kişilərdə prostat vəzi xərşənginin riskini 63%, bağırsaq xərçənginin riskini isə 58% azaldır. Braziliya qozu selenlə zəngindir ki, bu mikroelement orqanizmdə zədələnmiş və mutasiyaya uğramış hüceyrələrin azalmasına yardım edir. Mütəxəssislər hər gün 2 braziliya qozu yeməyi tövsiyə edirlər.

Xərçəng əleyhinə təsirə malik olan digər məhsul brokkoli kələmidir. Onun tərkibində olan spesifik I3С molekulu bir çox şişlərlə əlaqəli olan WWP1 geni dəf edir. Bu faktı Bet-İsrayel Tibb mərkəzinin mütəxəssisləri aşkar ediblər. Brokkolinin digər komponenti olan sulforafan bağırsaq və prostat vəzi xərçənginin rizkini azaldır.

Bağırsaq xərçənginin riskini azaldan digər məhsul almadır. Bunun səsbəbi almanın tərkibində olan liflər və xərçəng hüceyrələrinin “qatil”ləri olan prosianid maddələridir.

Həm qara, həm də yaşıl çayın istehlakı da orqanizmə xərçəng əleyhinə təsir edir.

Yağlı balığın müntəzəm istehlakı leykemiya, mieloma, limfoma kimi şiş xəstəliklərinin riskini 30% qədər azaldır.

Sitrus meyvələrinin istehlakı udlaq, mədə və ağız boşluğu xərçənginin riskini azaldır.

Share: