Çexiya millisinin koronavirusa yoluxan heyəti dəyişdirildi

Bir neçə futbolçusu koronavirusa yoluxan Çexiya yığmasının UEFA Millətlər Liqasında Şotlandiya ilə matçı təxirə salınmayıb.

Qol.az Çexiya mətbuatına istinadən xəbər verir ki, virusa yoluxan oyunçular gənc futbolçularla əvəzlənib.

Yığmada əvəzetmələrlə əlaqədar şotlanlarla matç zamanı futbolçulara David Qoloubek rəhbərlik etməli olacaq. O, yığmanın 18 yaşa qədər oyunçularına məşq keçir.

Qeyd edək ki, bir neçə gün öncə Çexiya Futbol Federasiyası milli üzvlərindən bir neçəsində koronavirus aşkarlandığı üçün Şotlaniya ilə matçı keçirə bilməyəcəklərini açıqlamışdı.

Bu gün keçiriləcək Çexiya – Şotlandiya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Share: