Qəlb ilə günahkarı necə islah etmək olur?

Əmr-be-məruf və nəhy-əz-munkərin mərhələləri vardır ki, onlara riayət etmək lazımdır. Bu mərhələlər ilə tanış olaq:

1. Qəlb mərhələsi. Yəni, mömin, günah edən insanla elə rəftar etməlidir ki, o, başa düşməlidir ki, onu əmr-be-məruf edən insan qəlbən onun bu halı ilə razı deyil, kədərlənib, narahatdır. Bu mərhələdə əmr-be-məruf və nəhy-əz-munkərin yolu – günah edənin üzünə gülməmək, quru rəftar etmək, get-gəli kəsməkdir.

2. Dil mərhələsi. Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, əgər birinci mərtəhələ təsirsiz olarsa, insan dili ilə günah əhlini pis işindən çəkindirməlidir. Lakin bu zaman insanın söyüş söyməsi, yalan deməsi və təhqir etməsi caiz deyildir.

3. Əməl mərhələsi. O zaman ki, iki əvvəlki mərhələ təsir etməzsə, insan üçüncü mərhələdən istifadə etməlidir. Bu mərhələ – əməl mərhələsidir. Yəni, əməli ilə günahının qarşısını almağa çalışmalıdır.

Bu zaman mömin, insan ilə günah arasında fasilə yaratmalıdır. Bu zaman yüngül əməllərdən başlamaq lazımdır. Əgər yüngül əməllərin təsiri olmazsa, fəqihin icazəsi ilə daha sərt rəftar etməlidir ki, həmin günahından əl çəksin. (Beytutə)

Hər bir halda əmr-be-məruf və nəhy-əz-munkər – dinimizin vacibatıdır və onu hər kəs yerinə yetirməlidir. Bu əməli yerinə yetirməyin mərhələləri vardır ki, ən yüngülündən başlayaraq, ağırına doğru hərəkət edilməlidir.

Əgər birinci mərhələ təsir etməzsə, o zaman ikinci mərhələyə əməl olunmalıdır. Dinimiz üçüncü mərhələni çox bəyənməsə də, çarəsiz qalan zaman bu mərhələyə keçilməlidir. Çünki bəzi insanlar ancaq onlarla sərt rəftar olunan zaman özlərinə gəlir və əməllərinin qəbahətli olmasını anlayırlar.

Share: