Hər il bütün dünyada xərçəng xəstəliyinə tutulmuş insanların sayı artır. Alimlər müxtəlif səbəblər gətirir.
Səbəblər arasında qidalanma da qeyd olunur.
Alimlər sübut edir ki, bəzi məhsullar orqanizmə kanserogen (“canser” – xərçəng, “genes” – doğan) təsir edir, xərçəngin riskini artırır.
Mütəxəssislər ən ziyanlı 5 belə məhsulu qeyd edir:
1. Alkoqollu içkilər.
Saglamolun.az xəbər verir ki, bu içkilərin tərkibindən 2 ən güclü kanserogen maddə – etanol və asetaldegid – var. Bu maddələr, demək olar, bütün xərçəng növlərinin riskini artırır.
2. Emal olunmuş ət (kolbasa, sosis, vetçina və s.).
Bu məhsullar nitratlar, boyaq maddələri, konservantlar və s. ziyanlı qatqılarla zəngindir. Bir sıra elmi araşdırmalar sübut edir ki, emal olunmuş ətin gündəlik istehlakı düz və yoğun bağırsağı xərçənginin riskini xeyli artırır.
3. Hisə verilmiş məhsullar (balıq, ət, toyuq).
Bu məhsulların hazırlanması zamanı onların tərkibində ziyanlı maddələr (xüsusilə benzapiren) əmələ gəlir ki, bu maddələr xərçəng hüceyrəsinin inkişafı prosesini sürətləndirir.
4. İsti çay və qida.
Yüksək temperaturlar nəticəsində ağız, boğaz, qida borusu, mədənin selikli qişası daim zədələnir ki, bu da sağlam hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinin riskini artırır.
Mütəxəssislər sadə test etməyi tövsiyə edir: çay və ya yemək dodaqları yandırmırsa, onları istehlak etmək olar. Əks halda bir qədər soyumasını gözləyin.
5. Xarab olmuş qoz-fındıq.
Onların tərkibində çox ziyanlı aflotoksin maddəsi əmələ gəlir. Aflotoksin güclü zəhər və kanserogendir. Bu maddə xüsusilə qaraciyər üçün ziyanlıdır.
Qoz, fındıq, badam, püstə və s. az da olsa acı dad verirsə, onları yemək və ya şirniyyatlarda istifadə etmək olmaz.