Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrinin birində yerləşdirilən bölmələrində xidmət edən daha bir hərbi qulluqçu əsgər yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.
Milletinsesi.az erməni KİV-lərinə istinadla xəbər verir ki, işğalçı ordunun Ağdərə yaşayış məntəqəsində yerləşdirilən hərbi hissəsinin əsgəri Tiqran Hovsepyan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Müxtəlif bədən xəsarətləri alan T.Hovsepyan tibb məntəqəsinə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.