Kişmiş qara iyər üçün çox faydalıdır. Kişmiş qaraciyəri təmizləyir, onun fəaliyyətini yaxşılaşdırır, durğunluq proseslərini azaldır.
Həmçinin kişmiş bağırsaqların də fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, bağırsaqlarda yığılan ziyanlı maddələrinin xaric olunmasını sürətləndirir.
Saglamolun.az bildirir ki, qaraciyərin və bağırsaqların kişmişlə təmizlənməsi ən effektli üsullardan biri sayılır.
1 ovuc kişmiş götürüb yaxşı təmizləyirik, yuyuruq və səhərdən növbəti günün səhərinə kimi (1 gün ərzində) 1 stəkan ilıq qaynanmış suda isladıb otaq temperaturunda saxlayırıq. Səhər acqarına suyu içirik və kişmişi yeyirik. Daha sonra sağ böyür altına isti qrelka qoyub 1 saat ərzində uzanırıq. (Öd daşı xəstəliyindən əziyyət çəkən insanlar üçün bu üsul uyğun gəlmir.)
Belə proseduru həftədə 3 dəfə etmək lazımdır. Müalicə kursu – 1 ay. Daha sonra 1 ay fasilə verin və müalicəni təkrar edin.
1 ay ərzində mümkün qədər çox qidalı liflərlə zəngin olan meyvə-tərəvəz (alma, portağal, kök, kələm, çuğundur və s.) yemək və hər gün 2 litr təmiz su (qaynanmış yox, butulkalarda) içmək lazımdır. Qızardılmış, yağlı, duzlu, marinada qoyulmuş, hisə verilmiş qidaları qidalanmadan çıxardın. Bu təmizləmə prosesini daha da effektli edəcək.