UEFA Millətlər Liqasının 2-ci turunda İsveçlə keçirilən görüş (2:0) Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, oyunda dubl edən 35 yaşlı hücumçu milli komandada qol sayını 100-ə çatdırıb.
Bununla da “Yuventus”un üzvü millidə 100 qol həddinə çatan ikinci futbolçu olub. Buna qədər İran millisinin hücumçusu Əli Daei yığmada 100-dən artıq qol vurmağı bacarıb. O, 109 qolla milli komandalar arasında futbol tarixinin ən yaxşı bombardiridir.