Əfqanıstanın birinci vitse-prezidenti Əmrulla Salehin avtombil kortejinin yaxınlığında partlayış baş verib.
Milletinsesi.az xəbər verir ki, hadisə nəticəsində Əmrulla Saleh xəsarət almasa da, ətrafda olan iki nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Yaralılar arasında Əmrulla Salehin mühafizəçilərinin də olduğu bildirilib.
Vitse-prezidentin mətbuat xidmətindən verilən məlumata görə, partlayış Kabilin Taimani meydanında baş verib.