Bu il qəbul imtahanlarının ikinci mərhələsində iştirak edən ötənilki abituriyentləri keçən il verdikləri buraxılış imtahanlarının nəticələrini nəzərə almaqla ixtisas seçimi müsabiqəsinə buraxa bilərik.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ötənilki buraxılış imtahanlarının nəticələri bu il də qüvvədə qalıb: “Buna görə də abituriyentlər həmin imtahanın balı da nəzərə alınmaqla, builki müsabiqədə iştirak edə bilərlər”.