Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edildi

Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edildi

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib.

Report xəbər verir ki, bu, indiyə qədər ADY-nin Sərnişindaşıma departamentinin baş mühəndisi olan Ramin Abdullayevdir.

O, yeni vəzifəsində ötən ilin oktyabr ayında vəfat etmiş Nizaməddin Eminovu əvəz edib.

Qeyd edək ki, R.Abdullayev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub.

Share: