Qoç – İnadkarlıq nümayiş etdirməklə istədiyiniz hər şeyə nail ola bilərsiniz. Bir çox Qoçları bu gün şəxsi xarakterli xoş sürprizlər gözləyir. Bürcün bir sıra nümayəndələri evlənməyə qərar verəcəklər və buna görə peşiman olmayacaqlar.
Buğa – Gün çox sakit keçəcək. Gözlənilməzliklər planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul ola bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək. Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz, dəstək qazanacaq.
Əkizlər – bu gün ictimai tədbirlər iştirak etmək, kübar qəbullarda parlamaq olar. Yeni tanışlarınızın rəğbətini qazanmaqda çətinlik çəkməyəcəksiniz.
Xərçəng – Kələk gəlməyi və intriqa yaratmağı bacaran adamlara isə sizi idarət etmək çox asandır. Özünüzü qoruyun. Bu gün xəsarət və xəstəlik təhlükəsi var, xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Əsassız xərclərdən uzaq durun. Tezliklə pul sizin üçün daha vacib və lazımlı şeylərə lazım olacaq.
Şir – uğursuz gündür. Siz öz ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz. Bir çox Balıqlar sonradan peşiman olacaqları hərəkətlərə yol verəcəklər. Sizin üçün şirnikdirici şeylərə müqavimət göstərmək çətindir.
Qız – Sövdələşmələr və kommersiya fəaliyyəti üçün əlverişli gündür. Qadınlarla işləmək tövsiyə olunur: onlarla razılığa gəlmək daha asandır. Gün istənlən irimiqyaslı layihələr, o cümlədən, başqa yerə köçmək və ya tikinti üçün münasibdir.
Tərəzi – Elə bir təklif almağınız mümkündür ki, onu qəbul etməklə həyatanınız köklü şəkildə dəyişə bilər. İntuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə olunur. Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin, özünüzdən nəsə uydurmağa çalışmayın.
Əqrəb – əlverişsiz mərhələ davam edir. Mənfi tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin vaxtıdır. Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi məsləhət görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qə yüksək olsa, o qədər yaxşıdır.
Oxatan – bu günün yaxşı cəhəti yaxınınızla sizi çoxdandır narahat edən məsələ barədə açıq danışmaq imkanıdır. Alacağınız cavablar sizi tamamilə qane edəcək, hətta, sevindirəcək.
Oğlaq – kifayət qədər uğursuz gündür. Təəssüf ki, buna görə yalnız özünüzü günahlandıra bilərsiniz. Problem olmayan yerə onu yaradan məhz sizsiniz. Özünüz həyatınızı çətinləşdirir, əməkdaşlıq etməli olduğunuz adamlarla münasibətləri korlayırsınız. Buna görə sizə yalnız bir şeydə haqq qazandırmaq olar: siz öz prinsipləriniz və həyata baxışınıza uyğun hərəkət edirsiniz.
Dolça – bürcün bir sıra nümayəndələri kəskin, ürək sındıran ifadələr işlədir, sonra isə peşiman olurlar. Sizin bu davranışınız ətrafdakıları çıxılmaz vəziyyətə salır. Diqqəti hansısa faydalı işə yönəltmək çox çətindir. Bəzi Dolçalar düşünülməmiş addımlar atırlar. Məsələn, onlar bir qədər əvvəl üstündə əsdikləri münasibətlərə son qoyurlar.
Balıqlar – gün uğursuz olacaq. Bunun əsas səbəblərindən biri impulsivliyinizdir. Siz olduqca tez-tez, özü də vaxtsız şəkildə emosiyalarınıza azadlıq verirsiniz, ətrafdakılarla münasibətlər göz görə-görə korlanıb.