Bakı elektrik qatarlarında təmassız ödənişlərin sınaqlarına başlanılıb

Bakı elektrik qatarlarında təmassız bank kartları və ödəniş üzükləri vasitəsilə ödənişlərin sınaqlarına başlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Milletinsesi.az-a verilən məlumata görə, texniki sınaqlar başa çatdıqdan sonra bu növ ödənişlər Abşeron dairəvi dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq. İlkin mərhələdə ödənişlər yalnız Azərbaycan Beynəlxalq Bankının “Visa” təmassız kartları və ödəniş üzükləri ilə aparılacaq. Layihənin növbəti mərhələlərində bu sistemin bütün bankların təmassız ödəniş alətləri vasitəsilə istifadəsi mümkün olacaq və Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında tətbiq ediləcək. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin sərnişinləri gediş haqlarını gediş kartları və ya biletlər vasitəsilə ödəyə bilərlər.

Share: