Dünya futbolunun koronavirusa görə itkisi açıqlandı

Dünya futbolunun koronavirus pandemiyasına görə maliyyə itkiləri açıqlanıb.

Qol.az xəbər verir ki, bu barədə “Reuters”ə COVID-19 iqtisadi fəsadlarının aradan qaldırılması üzrə FIFA Komitəsinin rəhbəri Olli Ren bildirib.

O, 2020-ci ildə maliyyə itkilərinin 14 milyard ABŞ dolları təşkil edəcəyini deyib. Bu isə ümumi klub futbol bazarının üçdə biri deməkdir.

Ren pandemiyanın azalacağı təqdirdə məbləğin dəyişə biləcəyini də qeyd edib.

FIFA rəsmisi Afrika və Asiyada futbolun inkişafı üşün təhlükənin olduğunu da deyib. Onun sözlərinə görə, hadisələrin ən pis inkişafı istisna edilmir.

Share: