Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında yeni kadr dəyişiklikləri olub.
Milletinsesi.az Mediapost.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, genral-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Seyidov Əlahiddə Çevik Polis Alayının Yasamal rayon 6-cı Bölüyünün Komandiri vəzifəsinə təyin edilib.
Polis polkovnik-leytenantı Məmməd Əliyev sözügedən bölüyün komandiri vəzifəsindən azad olunaraq, Nərimanov rayon 1-ci Patrul Xidmətinin Komandiri təyin olunub.
Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Seyidov bundan əvvəl Nərimanov rayon 1-ci Patrul Xidmətinin Komandiri olub.