Quş qripi xəstəliyi Şimali Qazaxıstan bölgəsinin yeddi rayonunda aşkar edilib.
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi xəbər yayıb ki, bölgədə yüksək patogen təsir göstərən quş qripinin yayılmasına qarşı tədbirlər görülür, peyvəndlər gətirilir, ərazilər dezinfeksiya edilir, quş əti və əlaqədar məhsulların ixracına qadağa qoyulub.
Təcili olaraq ölkənin epidemioloji təhlükəsizlik vəziyyətini bərpa etmək və xəstəliyin yayılmasının qarşısını almaq üçün sentyabrın 17-dən etibarən diri quşların və inkubator yumurtaların, quş əti və hər növ quş məhsulları, quşlar üçün yem və yem qatqılarının, habelə istifadə olunan avadanlıqların ixracına müvəqqəti məhdudiyyətlər qoyulub.