İlham Əliyev Çili prezidentini təbrik etdi

Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Zati-aliləri cənab Sebastian Pinyera Eçenikeyə məktub göndərib.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Çili Respublikasının müstəqilliyinin 210-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çili xalqına əmin-amanlıq və rifah diləyirəm”.

 

Share: