Bərdədə ev yanıb

Bərdə rayonunun Körpüsındıran kəndində yanğın baş verib.

Milletinsesi.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 110 kv/m olan birmərtəbəli evin dam örtüyü, tavanı 18 kv/m sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: