Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 182 yoluxma halı qeydə alınıb.
Milletinsesi.az xəbər verir ki , bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 3 119 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 633 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1435 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.