Portuqaliya millisinin və “Yuventus”un futbolçusu Kriştiano Ronaldo karyerası ərzində 5-ci dəfə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) mükafatına layiq görülüb.
Qol.az xəbər verir ki, bu barədə o, özünün “İnstaqram” hesabında yazıb. 35 yaşlı hücumçu 2019-cı ildə dünyanın ən yaxşı bombardiri seçildiyini bildirib.
“İFFHS-in dünyanın ən mükafatını aldığım üçün xoşbəxtəm” – deyə portuqaliyalı oyunçu yazıb.
Qeyd edək ki, bu mükafat bir təqvim ili ərzində milli komanda və klub səviyyəsində ən çox qol vuran futbolçuya təqdim olunur. Ronaldo 2019-cu ildə milli və “Yuventus”da ümumilikdə 21 qol vurub.