Magistraturaya plan yerlərinin 85 faizindən çoxu dolub

Magistraturaya plan yerlərinin 85 faizindən çoxu dolub

Bu həftə magistratura səviyyəsinə qəbul olunan bakalavrların əmrləri müvafiq ali təhsil müəssisələrinə göndərilib.

Dövlət İmtahan Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, boş qalan yerlərə qəbul və qeydiyyat prosesi bitdikdən sonra ayrılmış 9 753 plan yerindən 8301 (o cümlədən 3078 DS əsasında) yer tutulub.

Plan yerləri 85.11% dolub.

Share: