İranın Şərqi Azərbaycan vilayətində koronavirus xəstələrinin sayı artıb

İranın Şərqi Azərbaycan vilayətində xəstəxanalara yerləşdirilən koronavirus xəstələrinin sayı gündəlik 40 nəfərdən 150-170 nəfərə yüksəlib.

Milletinsesi.az xeber verir ki, İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi bildirib ki, ölkə üzrə orta hesabla Şərqi Azərbaycan vilayətində koronavirusun yayılma tendensiyası daha yüksəkdir.

Onun sözlərinə görə, koronavirusun yayılma tendensiyası son iki həftə ərzində bütün ölkə üzrə artmaqda davam edib, bir sıra vilayətlərdə isə ikiqat artım müşahidə olunur.

Şərqi Azərbaycan vilayəti turistik bölgələrdən sayıldığı üçün burada koronavirus daha intensiv şəkildə yayılmaqdadır.

Share: