Sabahdan Azərbaycanda payız başlayır

Sabahdan Azərbaycanda payız fəsli başlayır.

Milletinsesi.az-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, payız Azərbaycana 22 sentyabr saat 17:30:36-da daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayacaq.

Share: