Biləsuvarda “Niva” aşıb, iki nəfər ölüb

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, Biləsuvar şəhər sakini Kamal Ağazadə rayonun Nərimankənd kəndi ərazisində idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini – həmyerlisi Çinarə Abbasova hadisə yerində həlak olublar.

Hadisə ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Share: