Virusa yoluxma hallarının 55,9 faizi Bakıda qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

Milletinsesi.az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 55,9 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,4, Aran rayonlarında 10,5, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 2,1, Şəki-Zaqatalada 1,8, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxal olunma halı 1 faizdir.

Share: